5 112 472
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Ustad aşıq Hüseyn Saraclı ilə aşıq Əhməd Sadaxlının deyişməsi

გაზიარება
ივნისი 5, 2017
297
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Bundan öncə bu iki ustad aşığın, vaxtilə aralarında şəyird-ustad münasibətləri olan aşıq Hüseyn Saraclı ilə aşıq Əhməd Sadaxlı arasında olan şərti deyişməni bundan öncə də vermişdik. Şərti ona görə deyirəm ki, bu sənətkarlar bir hava üstündə eyni bir mahnının sıra ilə sözlərini ifa edirlər. Bir də onu da qeyd edim ki, indiki şərti deyişmə “Partiyamızdır” mahnısı üstündə qurulub. Bu mahnı indi çoxları üçün qəribə səslənsə də, bu iki nəhəng sənətkar tərəfindən ifa olunması, onların səsinin indiyədək qorunub saxlanılması təqdirə layiq hal olmalıdır. Çünki, mahnı, yenə təkrar edirəm, ustad aşıqlar tərəfindən ifa olunub. Bir də onu da nəzərə almaq lazımdır ki, səs yazma zamanı sovetlər, partiya mövzusunu bu sənətkarlara məcbur edirdilər. Hər halda sonralar uzun müddət verilməyən, şəxsi səyim nəticəsində tapəlan bu mahnının aşıq sevərlərin marağına səbəb olağacağını nəzərə alaraq saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი