5 112 096
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Aşıq Gülabının ifasında möhtəşəm üç mahnı

გაზიარება
აპრილი 28, 2017
112
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Vəliyev Gülabı Məmməd oğlu 5 sentyabr 1950-ci ildə Marneuli rayonunun Qaş Muğanlı(Böyük Muğanlı) kəndində Ustad aşıq Xındı Məmmədin ailəsində anadan olmuşdur. Körpə yaşlarından Gülabıda saza böyük maraq olmuşdur. Gülabıda saza olan maraq o qədər güclü olmuşdur ki, o təhsil aldığı Azərbaycan Politexnik İnstitutunda təhsilini ataraq öz yurduna qayıtmış və Borçalıda ilk ansambl yaratmışdır.O 1994-cü ilə qədər gitara çalıb xanəndəlik etmişdir.
Gülabı Məmməd oğlu sazda aşıq havalarının mahir ifaçısı olduğu kimi gitarada Azərbaycan xalq mahnılarını və muğamlarımızı çox gözəl ifa edirdi.Onu tamaşaçılara ən çox sevdirən isə onun məlahətli səsi idi.
Gülabı Məmməd oğlu 2012-ci il iyunun 8-də Bakıda ürək çatışmazlığından dünyasını dəyişmişdir. Allah ona rəhmət eləsin!
Qeyd etmək istəyirəm ki, aşıq Gülabının ifasında olan bu üç mahnı mənim şəxsi arxivimdə qorunub saxlanılır. Mahnılar ötən əsrin 70-ci illərində Gürcüstan radiosunda mərhum şair dostum, həmkarım Əlixan Düşgün tərəfindən lentə alınmışdır. Mahnıların sözləri də ona məxsusdur. Indi həmin mahnıları onun pərəstişkarlarının, eləcə də aşıqsevərlərin nəzərinə çatdırmaq üçün saytımıza yerləşdirirəm.
Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი