5 113 762
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Tbilisi Dövlət Universitetində Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

გაზიარება
დეკემბერი 13, 2016
150
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Bu il dekabrın 12-də İvane cavaxişvili adına Tbilisi Dövlət Universitetində “Azərbaycanın Dostluq Klubu”da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri klubun rəhbəri Leyla Əmirxanova açaraq bu böyük şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan danışmışdır.

Sonra gürcü xalqının böyük dostu Heydər Əliyev haqqında “Tbilisi İntermedia” şirkətinin çəkdiyi “Vəsiyyət olunmuş dostluq” filmi göstərilmişdir.

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyin mədəniyyət attaşesi Samirə Ağayeva, Qafqazşünaslıq İnstitutunun rektoru Tsira Baramidze ulu öndər Heydər Əliyev barəsində, iki qonşu və qardaş xalq arasındakı əlaqələrdən ətraflı danışmışlar.

Sonra tələbələr xalq şairi mərhum Zəlimxan Yaqubun ulu öndər barədə yazdığı əsərdən parçalar söyləmişlər. Azərbaycan İctimai televiziyasının əməkdaşı, şairin qardaşı Çingiz Yaqub və başqaları çıxış edərək bu əlamətdar gün barədə öz ürək sözlərini ifadə etmişlər.

მაჩვენე მეტი