5 112 028
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

“Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində kitabların təqdimatı keçirildi

გაზიარება
ივლისი 28, 2017
195
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Bu il iyulun 24-də Tbilisidə M.F. Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində iki kitabın təqdimatı keçirildi.

Təqdim olunan kitablar Azərbaycanın Milli Məclisinin deputatı, akademik Nizami Cəfərovun gürcü dilində nəşr olunmuş “Azərbaycan xalqının tarixi bioqrafiyası” və jurnalist, şair Dəyanət Osmanlının tərtib etdiyi “Azərbaycan-Gürcüstan: Dostluğun inkişaf yolu” kitablarıdır. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Gürcüstan parlamentinin üzvü Mahir Dərziyev, Azərbaycanın Milli Məclisinin üzvü akademik Nizami Cəfərov Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri, Rafiq Hümbət, jurnalist, şair Dəyanət Osmanlı, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, Yazıçı-araşdırmaçı Mirzə Məmmədoğlu çıxış etmişlər. Akademik Nizami Cəfərov tədbirin sonunda təşrif buyuran qonaqlara, tədbirin təşkilatçıarına öz dərin minnətdarlığını bildirmişdir.

მაჩვენე მეტი