5 112 346
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Ziyadxan Seyidəhmədlinin öz ifasında bir neçə şeiri

გაზიარება
მაისი 5, 2017
70
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Qarayazının Təhlə çökəkliyində dünyaya göz açan, elə bu eldə də yaşayan şair Ziyadxan öz elinin adını adına yaraşdıran Allahverdi Təhləlinin qardaşıdır. əslində mən belə də deyərdim ki, Allahverdi Təhləli şair Ziyadxanın qardaşıdır. Çünki, dostum Allahverdi Təhlə Novruzun, eləcə də qardaşı Ziyadxan Seyidəhmədlinin şeirlərini dinləyəndə Füzulinin təbirincə desək, sözə “ehya” verməmişdi. Nə isə, Ziyadxan poeziya aləmində çox görünməsə də sözünün çəkisi, urvatı məclislərdə, tədbirlərdə xüsusilə anılır, qeyd edilir, söylənilir. Onun şairliyi bir yana, məclis aparmağı da möhtəşəmdir. Bir neçə il bundan əvvəl Təhlə Novruzun öz elində keçirilən yubiley geşəsinin aparıcısı məhz elə Ziyadxan Seyidəhmədli idi. Saatlarla davam edən bi tədbirdə onun səlis, məntiqli, savadlı, cazibədar çıxışı hamını ovsunlamışdı. Bir kimsə onu dinləməkdən usanmırdı, bezmirdi. Onun məclis aparmaq qabiliyyəti məni məftun elədi. Tədbirin o biri hissəsində gənc istedadlı aşıq Ramin Qarayevin ifa etdiyi mahnılar, şair Ziyadxanın gözəl çıxışının bir növ məntiqi sonluğu idi. Bir kimsə söhbət etmir, diqqətlə onun ifalarına qulaq asırdılar. Bir-birini tamamlayan, bir-birinə yaraşıq olan bu çıxışlar mənim üçün ən yadda qalan çıxışlardır. Yeri gəlmişkən, hər ikisinə şeir, sənət aləmində uğurlar arzulayıram.
İndi isə 2000-ci illərdə Ziyadxan Seyidəhmədlinin öz ifasında lentə aldığım bir neçə şeirini poeziyasevərlərin marağını nəzərə alaraq saytımıza yerlşədirirəm

Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი