5 113 194
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Yeniyetmə çağlarında dünyasını dəyişmiş Xeyransa Məmmədovanın ifasında bir neçə mahnı

გაზიარება
აპრილი 13, 2017
110
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Bu günlərdə tanınmış nasir, dramaturq, esseist, filosof Firuz Mustafa öz statusunda maraqlı bir şəkil verdi. Bu şəkildə Firuz müəllimin jurnalist Ş. Yaqubov ilə birgə Xeyransa ilə söhbət apardığı əks olunub. Onun dediyindən məlum olur ki, bu yeniyetmə qız erkən dünyasını dəyişib. Bu barədə düzü bilmirdim. Sadəcə onun musiqi aləmində görünməməsinə təəssüf edirdim. Nə isə, tarixin bir anını əks etdirən bu şəkil məni çox uzaqlara apardı. Bir vaxtlar mən Gürcüstan radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında redaktor işləyirdim. Bazar günü bir qayda olaraq dinləyicilərin sifarişi ilə verilişimizi konsertə həsr edirdik. Həmin vaxtlar tanınmış sənətkarlarla yanaşı bu yeniyetmə qızın-Xeyransa Məmmədovanın ifasında da mahnıların tez-tez verilməsini dinləyicilər xahiş edirdilər.

Gürcüstan radiosunun fondunda onun ifasında üç mahnı: “Ana”, “Oxu, gözəl”, “Qəşəngdir” mahnıları qorunub saxlanılır. Firuz müəllimi həmin anlara qaytarmaq, eləcə də onun pərəstişkarlarını ovqata gətirmək üçün həmin mahnıları saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი